Tezkreditdən eyni anda bir neçə kredit ala bilərəm ?
Bu məhsul üzrə müştəri limit çərçivəsində 2 kredit götürə bilər,
amma minimum məbləğ 100 AZN-dən aşağı olmamalıdır.
Tezkreditdən kredit almaq üçün nə lazımdır ?
Azərbaycan Respublikasının vətəndaşı olmalısınız, aktiv
kreditləriniz gecikmədə olmamalıdır.
Bankda və digər kredit təşkilatlarında kreditim varsa, kredit
əldə edə bilərəm ?
Bəli, aktiv kreditlər üzrə ödənişlərinizi gecikdirmədiyiniz
halda kredit əldə edə bilərsiniz.
Mənə tezkreditdən kreditin verilməsinə niyə imtina olunur ?
Təəssüf ki, aşağıdakı hallarda biz Sizə tezkredit məhsulu üzrə
kredit verə bilmirik;
- Kredit ödənişləriniz vaxtında ödənilmədiyi
-
Kredit rəsmiləşmə zamanı düzgün məlumatlar vermədiyiniz
halda
- Yaşınız 20-dən aşağı və ya 70-dən yuxarıdırsa
Kredit məbləği məhsul almaq istədiyim mağazanın hesabına nə vaxt
köçəcək ?
Kredit müqaviləsi online şəkildə (SİMA vasitəsiylə) müştəri və
tezkredit tərəfdən imzalandıqdan sonra məhsul almaq istədiyiniz
mağazanın hesabına köçürüləcəkdir, pulun mağazanın hesabına
köçürülməsi məhsul almaq istədiyininz mağazanın çalışdığı bankın
əməliyyatlarının sürətindən aslıdır və 10 dəqiqədən 3 iş
gününədək çəkə bilər.
Tezkreditdən mənə ayrılan kredit məbləğinə görə üzərində nə
qədər faiz gələcək ?
İnternet səhifəmizdə yerləşdirilmiş kredit kalkulyatoru
vasitəsilə kredit məbləğlərini hesablamaq mümkündür.
Tezkreditdən istifadə olunması üçün nələr lazımdır ?
Azərbaycan Respublikasının vətəndaşı olduğunuzu təsdiq edən
şəxsiyyət vəsiqəsi və məhsul almaq istədiyiniz mağazanın
tezkredit platformasında tanıdılması
Tezkreditdən nağd pul əldə edə bilərəm ?
Xeyr, Tezkreditdən yalnız hər hansı bir əşyanın alınması üçün
istifadə edə bilərsiniz.
Rayon qeydiyyatına kredit verilir ?
Bəli, bu məhsulda müştərinin qeydiyyat ünvanı satış nöqtəsi
yerləşən ərazidə olması şərt deyil
Tezkreditdən necə istifadə edə bilərəm ?
Müraciət etmədən öncə mütləq şəkildə tezkredit.az saytdan
qeydiyyatdan keçib kabinet açmalısınız, sonra kabinetdən giriş
edib digər əməliyyatları edirsiniz.
Tezkreditdən istifadə olunması üçün nələr lazımdır ?
Kredit müqaviləsini imzalamaq üçün Sizə yalnız mobil telefon
(smartfon və ya android) lazımdır.
Kredit müqaviləsini imzalamaq üçün nə lazımdır ?
Siz ödənişləri aşağıdakı üsullarla ödəyə bilərsiniz:
- Cib.az
- Hesab.az
- eMANAT
- MilliÖN
Tezkreditdən əldə etdiyim krediti daha tez qaytara bilərəm?
Bəli, Siz tezkreditdən əldə etdiyiniz krediti istənilən an, yəni
ödəniş tarixi çatmadan qaytara bilərsiniz.
Aktiv kredit gecikməsi nədir ?
Müştərinin hal-hazırda mövcud olan kreditinin aylıq ödənişinin
tarixinin çatmasına baxmayaraq müştəri tərəfindən ödənilməməsi.
SİMA (Yeni nəsil rəqəmsalimza) nədir?
Beynəlxalq təhlükəsizlik standartına uyğunlaşdırılmış, virtual
məkanda şəxsiyyəti müəyyənləşdirmə məqsədi üçün istifadə edilən,
bir dövlət təşkilatı olan “AzInTelecom” MMC tərəfindən yaradılan
elektron imzadır. Azərbaycan Respublikasının mövcud
qanunvericiliyinə əsasən, gücləndirilmiş elektron imza ilə
imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və
möhürlənən sənədlərə bərabər tutulur. Mobil tətbiq əsaslı SİMA
əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən
zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan
verir.