Kredit şərtləri

 

  • Kredit məbləği - minimum 100 AZN, maksimum 1000 AZN

  • Kredit müddəti - 12 ayadək

  • Faiz dərəcəsi - illik 36%

  • Kreditin təyinatı - Stabil gəlirli müştərilərin şəxsi məqsədləri və istehlak ehtiyaclarının ödənilməsi

  • Kredit müraciəti üçün yaş həddi - minimum 20 yaş,maksimum 60 yaş

  • Müraciət üçün tələb olunan sənədlər – şəxsiyyət vəsiqəsi, iş yerindən gəlirlərini təsdiq edən arayış və ya hesabdan cıxarış

  • Verilən kreditin 2.5-5%-i məbləğində komission haqq tutulur.
  • Hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin əsas məbləğinin 1 (bir) faizi miqdarında cərimə hesablanır.

  • Müştəri istədiyi vaxt erkən ödəniş edə bilər. Bu zaman o, yalnız ödənişə gəldiyi günə qədər hesablanmış faiz və cərimələri, həmçinin ana para üzrə qalıq borcunu tam şəkildə ödəməlidir.

  • Kredit məbləği “Borcalan” tərəfindən təqdim edilmiş bank hesabına köçürülür və ya kart şəklində təqdim olunur. “Borcalan” tərəfindən təqdim edilmiş bank hesab məlumatlarında hər-hansı yanlışlıq olduğu təqdirdə, bu səbədən baş verə biləcək istənilən zərərə görə “Borcalan” məsuliyyət daşıyır. Kredit məbləğinin “Borcalan”a verilməsinin alternativ yolları “Kreditor”la “Borcalan” arasında əvvəlcədən qarşılıqlı razılaşma əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq tətbiq oluna bilər;

  • Geri ödənişlər “www.tezkredit.az" internet ünvanında əks edilən kreditorun bank hesab(lar)ına köçürmə yolu ilə, həmçinin “www.tezkredit.az” internet ünvanında qeyd olunmuş digər ödəmə üsulları (onlayn, ödəniş terminalı) vasitəsilə həyata keçirilir;

  • Kredit hansı valyuta növündə verilmişdirsə, ödənişlər (əsas borc, faiz borcu, cərimə və s) həmin valyutada və ya ödəniş gününə Mərkəzi Bankın təyin etdiyi daxili məzənnə ilə milli valyutada ödənilməlidir;

  • FİFD 41,12%-dən başlayaraq

Telefon:

(012) 504 2222

E-mail:

tezkredit@kredaqro.az

Kredit müraciəti:

Həftədə 7 gün, gündə 24 saat

İş saatı:

Bazar ertəsi - Cümə: 09:00 - 18:00
Şənbə və bazar: qeyri-iş günü

©2019 KredAqro BOKT. Bütün hüquqları qorunur.